Logo

Azərbaycanda ər arvadını döyüb öldürdü - 3 uşaqları var

Azərbaycanda ər arvadını döyüb öldürdü - 3 uşaqları var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Samuxda qətl hadisəsi törədilib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kolayır kəndində baş verib.

Orada yaşayan 1981-ci il təvəllüdlü Ağamir Səmədov ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb. Bədən xəsarətləri alan qadın orada ölüb.

Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, ailənin 3 övladı var.

A.Səmədov bundan əvvəl məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR