Logo

Analara ŞAD XƏBƏR - Müavinət artırıldı

Analara ŞAD XƏBƏR - Müavinət artırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Beşdən çox uşağı olan qadınlara müavinətin miqdarı 30 manatdan 33 manata qaldırılıb.

Sfera.az bildirir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı "Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb.

Bu Fərman 2018-ci il martın 1-dən tətbiq edilir.

Qeyd edək ki, bu fərman "Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında” Azərbaycan prezidentinin 2018-ci il 23 fevral tarixli sərəncamının icrası ilə əlaqədar imzalanıb. Həmin sərəncamda beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin 10 faiz artırılması nəzərdə tutulub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR