Logo

Formula 1-ə görə istiqamətini dəyişən avtobuslar əvvəlki rejimə qayıdır

Formula 1-ə görə istiqamətini dəyişən avtobuslar əvvəlki rejimə qayıdır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Formula 1-lə bağlı istiqamətini dəyişən avtobuslar əvvəlki rejimə qayıdır.

Bu barədə virtualaz.org-a Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

Məlumatda qeyd olunur ki, Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə hərəkət sxemi müvəqqəti dəyişdirilən 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobuslar sabahdan, yəni mayın 1-dən əvvəlki rejimdə fəaliyyət göstərəcəklər.

Fəaliyyəti müvəqqəti dayandırılan 125 nömrəli marşrut xətti üzrə də avtobuslar sabahkı tarixdən sərnişinlərə xidmət göstərəcək.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR