Prezidentlə görüşən uşaq hansı məşhurun oğludur? - VİDEO
Kateqoriya məlum deyil
Xəbər verdiyimiz kimi, ölkə başçısı İlham Əliyev onunla görüşmək istəyən uşağın arzusunu reallaşdırıb.
Belə ki, sosial şəbəkələrdə yayılan videosunda ən böyük arzusunun İlham Əliyevlə görüşmək olduğunu deyən azyaşlı prezidentlə görüşməyi bacarıb.
İlham Əliyev uşaqla görüşərək onunla selfi çəkdirib.
Sfera.az "Yenicag.az"a istinadən xəbər verir ki, adı Murad olan həmin uşaq Azərbaycan futbolunun məşhur simalarından olan Vəli Qasımovun oğludur.
Qeyd edək ki, Vəli Qasımov son olaraq "Neftçi”nin baş məşqçisi olaraq çalışıb.






