Həcc faciəsində neçə nəfər ölüb: 1453, yoxsa 769? - MÜƏMMA
Sentyabrın 24-də Məkkə şəhərinin yaxınlığındakı Mina dağında şeytanın daşlanması mərasimində yaranan izdiham nəticəsində ən azı 1453 nəfər ölüb.Bu iddia ilə “Associated Press” xəbər agentliyi çıxış edib.Agentlik 17 ölkənin rəsmi dairələri və mətbuatda gedən məlumatları analiz edərək Ər-Riyadın açıqladığı rəqəmləri təkzib edib. Agentliyin məlumatına görə, ölənlər arasında 180 ölkənin vətəndaşı var. Sfera.az publika.az-a istinadən xəbər verir ki, onlardan 465-i İran, 148-i Misir, 120-i İndoneziya, 89-u Pakistan, 81-I isə Hindistan vətəndaşıdır.Səudiyyə Ərəbistanı izdihamda 769 adamın həyatını itirdiyini açıqlayıb.Dünən isə Səudiyyə Ərəbistanı Mina faciəsinə görə günahkar hesab olunan şəxslərin cəzasını müəyyənləşdirib. Səudiyyə kralı Salman bin Əbdüləziz əs-Səud 28 nəfərin edam olunması barədə göstəriş verib.Səudiyyəli səlahiyyətlilər, faciəyə xəbərdarlıqlara qulaq asmayan zəvvarların səbəb olduğunu açıqlamışdı. Amma bəzi iddialara görə, sıxlıq və insan faciəsinin əsl səbəbi kralın oğlu, bu ölkənin müdafiə naziri olan Məhəmməd bin Salmanın korteji keçdiyi üçün yolun bağlanması olub.






