Logo

Yeni qaydalar Orfoqrafiya Komissiyasına təqdim edildi

Yeni qaydalar Orfoqrafiya Komissiyasına təqdim edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Yeni orfoqrafiya qaydalarında olan dəyişikliklər bu il ali məktəblərin qəbul imtahanlarına şamil edilməyəcək”

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının İşçi qrupunun iclası keçirilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Sfera.az-a verilən məlumata görə, İşçi qrupun sədri, akademik İsa Həbibbəyli bildirib ki, yeni orfoqrafiya qaydalarında olan dəyişikliklər bu il ali məktəblərin qəbul imtahanlarına şamil edilməyəcək.

İclasda o da bildirilib ki, dəyişikliklər Azərbaycan dilinin öz qaydalarına əsaslanıb.

İşçi qrupu öz işini yekunlaşdıraraq yeni qaydaları Orfoqrafiya Komissiyasına təqdim edib.

Qeyd edək ki, 4 ay müddətində Komissiyanın nəzdində fəaliyyət göstərən İşçi qrupu mütəmadi iclaslar keçirərək, orfoqrafiya qaydalarını müzakirə edib. İşçi qrupunda tanınmış dilçi alimlər təmsil olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR