Logo

Yeni metro stansiyaları gəlir: Sıxlıq daha da artacaq - NƏ ETMƏLİ?

Yeni metro stansiyaları gəlir: Sıxlıq daha da artacaq - NƏ ETMƏLİ?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yaxın illərdə Bakıda yeni metrostansiyaların açılışı gözlənilir. Daha öncələr də metrostansiyaların sayının artması ilə isə bu ictimai nəqliyyatdan isitfadə edən sərnişinlərin sayında artım müşahidə edilib.

Statistikaya nəzər salaraq da bu artımı görə bilərik. Təkcə bu ilin yanvar-mart aylarında metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artaraq 56,4 milyon nəfərə çatıb.

Yeni stansiyaların açılması ilə metrodan istifadə edən sərnişinlərin sayında artımın olması qaçınılmazdır. Bu isə qatarlarda sıxlığın daha da artması deməkdir. Hələlik, yeni qatarların gətirilməsi məsələsi müzakirə predmeti deyil.

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nəsimi Paşayev Sfera.az-a açıqlamasında yeni qatarların gətirilməsi ilə bağlı sualımızı bu cür cavablandırıb:

"Həmin stansiyalar istifadəyə verildikdən sonra bu məsələyə baxılacaq”.

Qeyd edək ki, Dövlət Proqramına görə 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR