Yanan bina ilə bağlı kasassiya şikayəti təmin edilmədi
Kateqoriya məlum deyil
Binəqədidə yaşayış binasında baş vermiş yanğınla bağlı həbs olunan "Qlobal Stone" MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudovun kasasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Sfera.az xəbərinə görə, Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması barədə kasasiya şikayəti təmin edilməyib.






