Ankarada kamikadze özünü partlatdı: 47 ölü, 126 yaralı - VİDEO(YENİLƏNİB)
Kateqoriya məlum deyil
Türkiyənin paytaxtı Ankarada Dəmiryolu stansiyasına gedən körpünün altında 2 partlayış baş verib.
Sfera.az Publika.az istinadən xəbər verir ki, partlayış nəticəsində xeyli ölən və yaralanan var.Partlayışın baş verdiyi əraziyə təcili yardım maşınları və xilasedicilər göndərilib.İlk məlumatlara görə, partlayışı kamikadze törədib.Son məlumata görə, terror aktı nəticəsində ən azı 47 nəfər ölüb, 126 adam yaralanıb. Ankara Baş Prokurorluğu 30 nəfərin hadisə yerində öldüyünü, daha 17 nəfərin isə xəstəxanada keçindiyini açıqlayıb.






