Logo

Daha bir prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Daha bir prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı şəhərində Heydər Əliyev prospektinin bir hissəsində aprel ayının 26-dan 27-nə keçən gecə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Sfera.az-a "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

Məhdudlaşdırma Heydər Əliyev prospektinin "Böyük Şor” yol qovşağından Xətai prospekti ilə kəsişməyədək olan hissəsində hər iki istiqamət üzrə əsas yol boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə bağlıdır.

"Məhdudlaşdırma səhər saatlarınadək bir-neçə saatlıq qüvvədə olacaq. Sürücülərdən qeyd olunan saatlarda alternativ olaraq prospektin yan yollarından istifadə etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR