Logo

Eks azərbaycanlı məmurun toy edəcəyi məşhur oteldə bir masanın qiyməti neçəyədir?

Eks azərbaycanlı məmurun toy edəcəyi məşhur oteldə bir masanın qiyməti neçəyədir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov seçkilərdən sonra formalaşdırılacaq yeni kabinetdə yer almayıb.

Prezident İlham Əliyevin sərəncamı ilə N. İbrahimovun yerinə deputat Fuad Muradov təyin edilib.

Yerli mətbuatda yer alan məlumatlara görə, vəzifədən gedən Nazim İbrahimov bu səbəbdən ötən ilin dekabrında nişanladığı qızı Kəmalə İbrahimovanın toyunu təxirə salıb.

Toyun keçiriləcəyi məkan olaraq isə "Alov qüllələri"ndəki "Fairmont" otellə razılıq əldə olunub, hətta dəvətnamələri də paylanılıb.

Sonxeber.az olaraq "Alov qüllələri"ndəki "Fairmont" oteldə qiymətlərlə maraqlandıq.

Sözügedən məkandan əldə etdiyimiz məlumata görə, "Fairmont" oteldə masanın qiyməti 160 dollar, alkoloqollu içkilər də daxil olmaqla 190 manatdan başlayır. Məkan 500-600 nəfər üçün nəzərdə tutulub.  //big.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR