AMEA-nın alimləri Avropada elmi tədqiqat apara biləcəklər
Akademiyadan verilən məlumata görə, müsabiqədə elmlər doktoru dissertasiyası üzərində çalışan alimlər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən alimlər namizədin irəli sürülməsi haqqında AMEA-nın elmi müəssisəsinin direktorunun təqdimat məktubunu, AMEA-nın elmi müəssisəsinin elmi şurasının qərarını (elmlər doktoru dissertasiyasının hazırlıq dərəcəsi göstərilməklə), Avropanın elmi müəssisəsi və ya universitetindən razılıq məktubunu (tədqiqat üçün tələb edilən müddət və həmin müddət üçün maliyyə – yaşayış, sığorta və laboratoriya xərcləri qeyd edilməklə), namizədin ali təhsil, elmi dərəcə və elmi adları haqqında diplomlarının surətini, tərcümeyi-halını (CV), elmi əsərlərin siyahısını, şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidilər.
Sənədlər AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim edilməlidir. Müraciət üçün son tarix 27 apreldir. //Trend






