Logo

Bu prospektdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Bu prospektdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Yasamal rayonu Hüseyn Cavid prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 24 aprel 2018-ci il tarixində adı çəkilən ünvanlarda axşam saat 22:00-dan etibarən hərəkət qismən məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən Sfera.az-a verilən xəbərə görə, qismən məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Agentlik sürücülərdən qeyd olunan tarixlərdə alternativ yollardan istifadə etməyi tövsiyə edir və sözügedən ünvanlarda hərəkətdə olarkən diqqətli olmaları, ərazidə yerləşdiriləcək müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələrini xahiş edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR