Maşını öz adına keçirmək istəyənlərin diqqətinə – DYP qiymətləri açıqladı - FOTO

Maşını öz adına keçirmək istəyənlərin diqqətinə – DYP qiymətləri açıqladı -  FOTO

Avtomobilin təkrar qeydiyyatı ilə bağlı prosedur, dövlət rüsumu və rüsumun ödənilməsi qaydası izah olunur

Son günlər rayon qeydiyyatı olan avtomobillərin Bakıya buraxılışının müəyyən vaxtlarda məhduudlaşdırılması ilə bağlı əlavə məsələlər də ortaya çıxıb. Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı sırf rayon qeydiyyatı olan Bakıya buraxılmasının gündüz saatlarda məhdudlaşdırılması ilə bağlı olsa da, Dövlət Yol Polisi başqa tədbirlər də həyata keçirir. Məsələn, gündüz vaxtı Bakı şəhərində idarə olunan rayon nömrəli maşınları da saxlayıb cərimə meydançasına aparırlar. Dövlət Yol Polisi sürücülərə müraciət edərək bəyan edib ki, Bakı şəhərində yaşayan, qeydiyyatda olan insanlar rayon qeydiyyatında olan avtomobilləri öz adlarına keçirməlidir. Amma bəzi sürücülər bu prosesin necə həyata keçiriləcəyini və bunun üçün dövlət rüsumunun nə qədər olduğunu bilmir. Buna görə də ortaya çıxan müəyyən suallara Avtosfer.az aydınlıq gətirir. Bu işdə saytımıza daimi oxucumuz Rasim Məmmədov da kömək oldu. O, bir neçə gün əvvəl Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi sorğu verib və avtomobilin addan-ada keçirilməsi, yəni, təkrar dövlət qeydiyyatı ilə bağlı proseduru və qiymətləri öyrənib: «Şirvan şəhərində qeydiyyatda olsam da, sonradan qeydiyyat yerimi Bakı şəhərinə dəyişmişdim. Mülkiyyətçisi olduğum avtomobil isə Şirvan qeydiyyatinda qalmışdı. Bu il sentyabrın 15-dən sonra məlum səbəblərə görə maşınla hərəkətimə mane oldular. Mən də avtomobilin qeydiyyat yerini dəyişmək məqsədilə çəkəcəyim xərclərlə bağlı BDYPİ-yə sorğu göndərdim. Düşündüm ki, başqaları üçün də maraqlı olar və bu səbəbdən aldığım cavabı sizlərlə bölüşürəm».

Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazovun imzası ilə vətəndaşa göndərilən məktubu oxuculara təqdim edirik. Həmin məktubda avtomobilin təkrar qeydiyyatı ilə bağlı prosedur və dövlət rüsumu, həmçinin, rüsumun ödənilməsi qaydası bir daha izah olunur. Ümumilikdə dövlət rüsumu 69 manat təşkil edir. Avtomobil texniki baxışdan da keçiriləcəksə, o zaman 20 manat da əlavə oluna bilər.

Məktubu Avtosfer.az-a göndərib digər sürücülərə də yardımçı olduğu üçün Rasim Məmmədova təşəkkür edirik!


OXŞAR XƏBƏRLƏR