Bəşər Əsədin başına 3 milyon qoydular
Kateqoriya məlum deyil
Suriya prezidenti Bəşər Əsədin başını gətirən şəxsə 3 milyon avro mükafat vəd edilir.
Sfera.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, belə bir vədlə Suriyada fəaliyyət göstərən və Əl Qaidəyə bağlı Əl Nusra təşkilatı çıxış edib. Təşkilat Bəşər Əsədlə yanaşı, Hizbullahın lideri Hassan Nasrallah üçün də 2 milyon avro sözünü verib.Əl Nusra liderinin bu təklifi YouTube vasitəsi ilə səs yazısı şəklində yayılıb. Təşkilat lideri Əl Culani onları öldürən şəxsin ailəsi ilə birgə təhlükəsizliyini təmin edəcəklərini bildirib.






