Logo

Nazirlikdən AÇIQLAMA: "Bizdə o adda əməkdaş işləmir"

Nazirlikdən AÇIQLAMA: "Bizdə o adda əməkdaş işləmir"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xəbər verdiyimiz kimi aprelin 9-da səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində jurnalist Famil Fərhadoğlu döyüldüyünü iddia etmişdi. Baş vermiş hadisə ilə bağlı olaraq istintaq işi Yasamal rayon 28-ci polis bölməsindən alınaraq Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) verilib.

Bu gün mediada jurnalistə qarşı cinayət hadisəsini törədən şəxslərin kimliyinin müəyyənləşməsi ilə bağlı xəbər yayılıb. Dərc olunan məlumatda Validə Paşayeva ilə Namiq Əliyevin də adları hallanır.

Məsələylə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə nazirlikdə bu adda əməkdaş işləmir:

"Neçə illərdir ki, burda işləyirəm. Validə Paşayeva, Namiq Əliyev kimdir? Bizdə nə Namiq Əliyev, nə də ki, Validə Paşayeva işləyir. Kim istəyir, gəlsin yoxlasın”.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR