Evdə Wi-Fi dalğasını necə gücləndirməyin yolları

Evdə Wi-Fi dalğasını necə gücləndirməyin yolları

Wi-Fi dalğaları əsasən radiodalğalardan ibarətdir. Yəni bu mobil telefon dalğaları ilə eynidir. Amma Wi-Fi dalğaları çox qısadır və modem uzaqlaşdıqca bu dalğalar daha da qısalır. 45 metrdən uzağa gedə bilməyən bu dalğaların qarşısıını divarlar və ya etrafda olan metal əşyalar kəsir.Evdə Wi-Fi gücləndirə biləcək bir neçə sirr var və buna əməl olunarsa dalğaların sürətləndiyini hiss etmək mümkün olacaq.İlk şərt modemin mərkəz bir yerə qoyulmasıdır ki, bu dalğaların bərabər şəkildə evdə paylanmasına kömək edəcək.Mütləq şəkildə modem açıq əraziyə qoyulmalıdır. Əgər hansısa dolaba qoysanız, dolabın divarları dalğaların yayılmasına əngəl törədəcək.Modem yerdən yuxarıda olan bir əşyanın üzərinə qoyulmalıdır. Çünki bəzi modemlərin dalğaları məhz aşağıya yönəlir və sizin modem yerdə olarsa o zaman aşağı mərtəbəyə dalğalar yönələcək.Modemi digər elektron cihazlardan uzaq tutun çünki bu cihazlar dalğaları "udur".Modemlərin çoxunun iki antenası olur. Düzgün olar ki , bu antenalardan birini horizontal digərini isə üfüqi istiqamətdə qoyasınız.


OXŞAR XƏBƏRLƏR