Logo

Hacı Nurandan üzücü xəbər - FOTO

Hacı Nurandan üzücü xəbər - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ağır transplantasiya əməliyyatı üçün hazırlıq başladı"

Xərçəng xəstəliyinə qarşı Almaniyada müalicə olunan aparıcı Hacı Nuran Hüseynov hazırda ilik transplantasiyası əməliyyatı olunur.
Sfera.az ANS PRESS-in məlumatına istinadən xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən teleaparıcının özü sosial şəbəkədə “Ağır transplantasiya əməliyyatı üçün hazırlıq başladı” yazaraq şəkil paylaşıb. Hacı Nuran heyranlarını üzərək əvvəl bildirmişdi ki, ilik transplantasiyası olunacaq və yenidən Bakıya qayıtmaya bilər. Hətta həkimin əməliyyatdan ayılmaması ilə bağlı kağıza qol çəkdirib.
Hacı Nuran əməliyyata hazırlanarkən

Limfaqranulematoz xəstəliyindən əziyyət çəkən Nuran Hüseynov Avstriyada, Filippində və Almaniyada müalicə alıb. Xəstəliyin müalicəsi böyük maliyyə vəsaiti tələb edir. Nurana kömək məqsədilə onun dostları və həmkarları dəfələrlə xeyriyyə aksiyaları keçiriblər.

Nuran Hüseynov xeyriyyəçilik mövzusunda televiziya verilişləri vasitəsilə sağlam həyat tərzinin təbliği üçün gördüyü işlərlə daha çox Hacı Nuran kimi tanınır. İdmana böyük marağı var və 13 il üzgüçülüklə və 2 il şahmatla məşğul olub. “Bakı-2015” Birinci Avropa Oyunlarının Ulduz Elçilər komandasının üzvü olub.Hacı Nurandan üzücü xəbər - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR