Logo

"Azərişıq" işçi axtarır

"Azərişıq" işçi axtarır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Azərişıq”ASC-nin İmişli, Beyləqan, Fizuli, Ağdam Ağcabədi,  Zərdab, Neftçala, Səlyan və Kürdəmir  Elektrik Şəbəkələrində enerji satışı mütəxəssisləri üzrə  nəzarətçi-mühəndislərin işə qəbulunu elan edir. Nəzarətçi-mühəndislər elektroenergetika və digət texniki  ixtisaslar  üzrə ali təhsilli olmalıdır.

İşə qəbul Səhmdar Cəmiyyətin "İşə Qəbul Komissiya”sı tərəfindən  test və müsahibə  yolu ilə həyata keçiriləcəkdir. Sənədlər  2018-ci il aprel  ayının 20 tarixinə kimi   İmişli, Beyləqan, Fizuli, Ağdam Ağcabədi,  Zərdab, Neftçala və Səlyan Elektrik Şəbəkələrinin inzibati binalarında və "Azərişıq” ASC-nin Bakı şəhəri, Bakıxanov-13 küçəsində yerləşən Səhmdar Cəmiyyətin  Kadrlar İdarəsində qəbul olunacaqdır.

Tələb olunan sənədlər:

- Fotoşəkilli anket forması (CV);

- Şəxsiyyəti təsdiq edən sənədin surəti;

- Təhsil haqqında sənədin surəti.

Əlaqə telefonları: (+99412) 440 39 93 (daxili – 22-32)

E-mail: [email protected]

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR