Avropalı jurnalistin Ərdoğana "diktator" sualı və şillə kimi cavab - VİDEO

Avropalı jurnalistin Ərdoğana "diktator" sualı və şillə kimi cavab -  VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada  Finlandiya  prezidenti Sauli Niinistöyü ilə keçirdiyi birgə mətbuat konfransında maraqlı olay yaşanıb.
 
Sfera.az avropa.info-ya istinadən xəbər verir ki, Finlandiyadan gələn bir jurnalist  Ərdoğandan  "Sizi diktator olmaqda günahlandırır. Terror hadisəsində dövlətin barmağı var iddiası da  mövcuddur. Bu iddialarla bağlı nə düşünürsünüz" sualını verib. 
 
Türkiyə prezidenti isə təmkinini pozmadan bu suala belə cavab verib.
 
"İlk növbədə diktatorun olduğu ölkədə belə bir sual verə bilməzsinin onu xatırladım. Diktatorun olduğu bir ölkədə prezidentin ailəsi də daxil olmaqla hökumət üzvlərinin sərhədsiz təhqir edilməsini görə bilməzsiniz. 
Yazılı və virtual  mediada, uşaqlarım, həyat yoldaşım başda olmaq  hər birimizi sərhədsiz şəkildə təhqir edirlər. 13-14 illik baş nazirin dövründə bunları səbirlə qarşıladıq. İndi dərin dövlət deyirlər. 
Bu nəyə əsasən söylənilir?  Çıxışımda bunu qeyd etdim. Bir fikiri söyləyərkən faktlarlamı danışırsız, yoxsa fakta əsaslanmayan ümumi sözlərlə?  Fakt varsa buna hörmətim var. Bizim diktator olmağımızla bağlı fakt yoxdur. Sadəcə, dedi-qodudur."
Baş verən olayın "dərin dövlət" tərəfindən həyata keçirildiyini iddia edənlər var. Bu nəyə əsasən söylənir?  Bunu söyləmək üçün bir faktları varmı?  Mən bir il əvvəl xalqımın  52 faizinin səsi ilə  prezident seçilmiş bir insanam. Xalqının yüzdə 52 faiz səsi ilə seçilmiş bir insanı görəsən diktator elan edənlər kimlərdir ? Mən xalqım tərəfindən seçilmişəm. Məni diktator elan edənlər isə, istədiyi kimi hökumət qurub, istədiyi kəsləri  hakimiyyətdən endirməy sevənlərdir. 
Bu partlayışda "dərin dövlət"in izi var deyənlər, əslində özlərini gizlədirlər. Bunlar ortaya çıxacaq. İşləyirik, bir az səbrli olmaq lazımdır."

OXŞAR XƏBƏRLƏR