Polad Bülbüloğlu: Azərbaycan terrordan əziyyət çəkmiş bir ölkə kimi...
Sfera.az bildirir ki, bu gün Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Türkiyənin paytaxtı Ankarada baş vermiş və çoxlu sayda insan tələfatı ilə nəticələnmiş terror aktı ilə bağlı bu ölkənin Moskva şəhərindəki səfirliyində olub.
Azərbaycan səfirliyindən Trend-ə verilən məlumata görə, səfirlikdə açılmış matəm kitabında ürək sözlərini yazan P.Bülbüloğlu Türkiyə xalqına, terror aktı nəticəsində həyatını itirmiş insanların yaxınlarına dərin hüznlə başsağlığı verib və səbr diləyib.P.Bülbüloğlu Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım ilə görüşü zamanı isə Azərbaycanın terrordan əziyyət çəkmiş bir ölkə kimi bu terror aktını qətiyyətlə pislədiyini və bu ağır gündə Azərbaycan xalqının Türkiyə xalqının yanında olduğunu diqqətə çatdırıb.