Logo

Gənc oğlan “KamAZ”ın altında qaldı

Gənc oğlan “KamAZ”ın altında qaldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Sabirabadda piyada vurulub.

Sfera.az APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabirabad rayonunun Çöl Beşdəli kəndində qeydə alınıb.

"KamAZ” markalı, 49 BH 338 dövlət nömrə nişanlı yük avtomobili yolu keçən, rayonun Nəsimi kənd sakini, 1990-cı il təvəllüdlü Sadıqov Racu Aydın oğlunu vurub.

Piyada müxtəlif bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR