Logo

Bakıda əyləncə mərkəzinin yaratdığı cansıxıcı əngəllər - FOTO

Bakıda əyləncə mərkəzinin yaratdığı cansıxıcı əngəllər - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əyləncə mərkəzinin hər iki tərəfində hər gün qəza şəraiti və tıxac yaranır

Bakının Nobel prospektində fəaliyyət göstərən "Megafun" əyləncə mərkəzini çoxları tanıyır.

Bu mərkəzə hər gün yüzlərlə insan gəlir, böyüklər, uşaqlar burada əylənir. Amma

"Megafun"ın həmin ərazidə yaratdığı ciddi bir problem həmin istiqamətdə hərəkət edən

nəqliyyat vasitələrinə və piyadalara ciddi əngəl törədir. Əngəl bir yana, hətta qəza

şəraiti də yaranır. Burada tez-tez qəzalar da baş verir.

Avtosfer.az-a müraciət edən sürücülər bildirirlər ki, "Megafun" əyləncə mərkəzi hər iki

tərəfdən yolun hərəkət hissəsinə bitişir. Nobel prospekti ilə paralel Afiyəddin Cəlilov

küçəsində də hər gün "Megafun"a gələnlərin avtomobilləri sıxlıq və qəza şəraiti yaradır.

Bəzən "Megafun"a o qədər insan gəlir ki, buradakı parkinq dolur və bəzi sürücülər maşını

yolun kənarında saxlayırlar. Yol polisləri isə burada dayanan maşınları cərimə meydançasına

aparmırlar. Çünki onlar ümumiyyətlə, bu əraziyə yaxın gəlmirlər.

"Megafun"ın Nobel prospektindən girişində binanın parkinqinə daxil olmaq üçün maşınlar

dayanıb növbə gözləyir. Bundan əlavə, əyləncə mərkəzinə gələnləri gözləyən maşınlar və

taksilər də burada yolun hərəkət hissəsində dayanırlar. Bununla da, yolun iki zolağı zəbt

olunur. Bir qədər irəlidə hətta üçüncü zolağı da tuturlar.

"Megafun"ın qarşısında azı 2 piyada keçidi yan-yana çəkilib. Yolun kənarında dayanan

maşınların arasından qəfil yola çıxan piyadaları görmək isə mümkün olmur və oradan keçən

sürücülərə çətin anlar yaşadır. Dəfələrlə olub ki, qəflətən yola çıxan piyadaya yol vermək

üçün dayanan maşınları arxadan gələnlər vurub. Burada tez-tez bu cür xırda yol qəzaları

baş verir. Ötən dövrdə isə iki dəfə piyadanı maşın vurub.

Afiyəddin Cəlilov küçəsində də vəziyyət eynidir. Burada hər gün maşınlar səkiyə perpenduklyar

dayanır və arxasında da əlavə olaraq bir cərgədə maşın olur. Bununla da, yolun iki zolağı zəbt

olunur. Bu isə həm "Amay" Ticarət Mərkəzinin qarşısından gələn maşınlara, həm də

"Megafun"ın binasının başından geriyə dönənlərin əsas yola çıxmasına problem yaradır.

Həmin maşınlar geriyə dönərkən ən sol zolağı tutmalı olduğu halda məcbur qalıb əsas

yolda 2-ci, 3-cü zolağa çıxmalı olurlar. Bu zaman düzünə hərəkət edən maşınlarla

toqquşma təhlükəsi yaranır. Bir qədər irəlidə isə "Megafun"dan çıxanları gözləyən

maşınlar və taksilər yolu daraldır. Burada da piyadaların zebradan keçməsi təhlükəlidir.

Çünki maşınların arasından qəfil yola çıxırlar və 60-70 km/saat sürətlə hərəkət

avtomobilin bir anda dayanıb ona yol verməsi çətin məsələdir. Və elə bu səbəbdən də

"Megafun"un qarşısında və arxasında hər gün tıxac və qəza şəraiti baş verir. Bunu

görmək üçün çox vaxt itirmək lazım deyil. Ərazidə yarım saat müşahidə aparmaq kifayət edir.

Müşahidə demişkən, həmin ərazidə yol polisinin bir neçə müşahidə kamerası var.

Maraqlıdır ki, nə kameralar, nə də ərazidə xidmət aparan yol polisləri bu qarışıqlığı

və təhlükəli vəziyyəti "görmür"...

Ümumiyyətlə isə bu cür iri istirahət və əyləncə mərkəzlərinin şəhərin belə qarışıq

nöqtələrində fəaliyyət göstərməsi normal hal deyil.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR