Rövnəq Abdullayev eks azərbaycanlı məmura yüksək vəzifə verdi
Kateqoriya məlum deyil
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat olub.
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə Əbülfəz İsmayıl oğlu Babayev Emal üzrə vitse-prezident David Məmmədovun müşaviri təyin olunub.
Qeyd edək ki, Ə. Babayev 2005-2016-cı illərdə Sumqayıt şəhər Bələdiyyəsinin sədri olub.
O, texnika elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının və Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvüdür.






