Xalq artistindən müxalifətin mitinqinə ETİRAZ
Nurəddin Mehdixanlı Sfera.az-a açıqlamasında bildirib ki, həqiqəti inkar etməklə özünün haqlı olduğunu sübut edə bilməzsən:
"Bu mənim şəxsi fikirlərimdir. Hesab edirəm ki, əvvəl-axır həqiqət, düzgünlük qalib gəlir. Bu gün Azərbaycan əhalisinin böyük əksəriyyəti dövlətimizin və prezident İlham Əliyevin yanındadır. Bu ortalıqda olan açıq-aşkar bəyandır. Belə bir həqiqət ortalıqda olan yerdə bu gün qarşısına çıxacaq heç bir güc ola bilməz".
Xalq artisti qeyd edib ki, normal cəmiyyətdə hər zaman fikir müxtəlifliyi olur:
"Hər kəs eyni düşünə bilməz. Amma ağa birbaşa qara demək artıq fikir müxtəlifliyi deyil, inkar vasitəsilə özünü təsdiq etməyə çalışmaqdır. Düzü, sabitliyi, yaxşı rifahı inkar etməklə kimsə nə isə qazana bilməyib. Hər kəsin fikirinə hörmət etməklə bərabər demək istəyirəm ki, Azərbaycanın inkişafını və onun müstəqilliyini sevən hər bir adam bu gün Azərbaycana kənar olan qüvvələrin qarşısında, dövlətimizin və millətimizin yanında olmalıdır, Azərbaycanın əsgəri olmağı bacarmalıdır.
Peşəsindən asılı olmayaraq hər bir azərbaycanlı bu gün Azərbaycanı qorumaq üçün onun əsgəri olmalıdır, öz işi və əməli ilə Azərbaycanın müstəqilliyinin keşiyində dayanmalıdır".
Prezident seçkilərində İlham Əliyevin qələbə qazanmasına da toxunan Nurəddin Mehdixanlı deyib ki, Azərbaycan seçiciləri İlham Əliyevi dəstəkləməklə sabitliyə, təhlükəsizliyə, inkişafa səs veriblər:
"Mən və ailə üzvlərim də cənab İlham Əliyevə səs vermişik. Səmimi deyim ki, bu dəfə insanlar səsvermədə daha çox idilər. Onların arasında gənclər üstünlük təşkil edirdi".
Ozal Mamedov






