Əflatun Amaşov: "Jurnalistlər vəzifələrini layiqincə yerinə yetirdilər”
"Seçkilərlə əlaqədar olaraq Azərbaycana 100-dən artıq xarici jurnalist gəlib. Bundan da əlavə olaraq ABŞ, Böyük Britaniya, Ərəb ölkələrində, Çin, Pakistan mediasında seçkiləri gedişi ilə əlaqədar olaraq dolğun materiallar yayımlanıb”.
Bu sözləri Sfera.az-a açıqlamasında bu gün Beynəlxalq Mətbuat Mərkəzində KİV-də seçkilərin monitorinqinin nəticələrinə həsr olunan mətbuat konfransından sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib:
"Xarici telekanallar birbaşa olaraq seçki məntəqələrindən reportajlar hazırlayaraq səsverməni şəffaf qiymətləndiriblər. Bu məlumatların hamısı demək olar ki, pozitiv materiallar idi. Çünki seçkilər yüksək səviyyədə keçirildi, şəffaflıq qorundu. Azərbaycan jurnalistləri də üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər”.
Nigar Məhərrəm
Sfera.az






