Logo

Sürüşmə zonalarında aktivlik müşahidə edilir

Sürüşmə zonalarında aktivlik müşahidə edilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bayıl yamacında vəziyyət olduğu kimi qalıb, stabildir. Quraşdırılmış mayaklar və reyferlərin üzərində aparılan monitorinqlər bizə bunu deməyə əsas verir. Lakin lokal sahələrdə - Zığda, "Zəli Gölü” adlanan ərazidə və Nübar qəsəbəsində nisbi aktivlik nəzərə çarpır”.

Bu sözləri Sfera.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. Onun sözlərinə görə, subasma ərazilərində vəziyyət stabil qalsa da, bəzi ərazilərdə hava şəraiti ilə əlaqədar olaraq suların geri çəkilməsi müşahidə olunub:

"Yaz və yay aylarında qrunt sularının səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Həmin ərazilərin subasması birbaşa olaraq atmosfer yağıntılarında qrunt suların səviyyəsinin qalxması ilə əlaqədar idi. Subasma sahələrində aktivlik müşahidə olunmur”.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR