Azərbaycan holdinqi Türkiyədə televiziya açdı - Məmməd Gülməmmədov rəhbər oldu
Kateqoriya məlum deyil
Azərbaycanın "Global Media” media holdinqi Türkiyədə "TR24" adlı xəbər telekanalı açıb.
Sfera.az bildirir ki, şirkət bir müddətdir İstanbulda "Kanal 6” və "Cine 5” telekanallarının yerləşdiyi binada intensiv hazırlıq işlərinə başlayıb. 3 ayda yenilənən binada TR24-ün son texnologiyalarla təchizatı üçün lazımi şərait yaradılıb.
TR24 bundan sonra Türkiyənin məşhur NTV, CNN Türk, "A Haber”, "Habertürk” kanalları ilə rəqabət aparacaq.
TR24-ün idarə heyətinin rəhbəri Elnur Abdullayev, baş direktoru jurnalist, ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov olacaq. (axşam.az)






