Logo

Rəhmətə gedən ginekoloqun atası 1 dəfə insult keçirib

Rəhmətə gedən ginekoloqun atası 1 dəfə insult keçirib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bir müddət öncə sosial şəbəkələrdə dünyasını dəyişən həkim Səbinə Mirzəyevanın atası, "Azərsutikinti” xəstəxanasının baş direktoru Elman Mirzəyevin səhhəti ilə bağlı məlumat yayılmışdı.

Məlumata görə, dünyasını dəyişən həkimin atası da 3 dəfə insult keçirib. Elman Mirzəyevin səhhəti ilə bağlı son məlumat almaq üçün çalışdığı xəstəxana ilə əlaqə saxladıq.

Xəstəxanadan bizə verilən məlumata görə, Elman Mirzəyev artıq işinə qayıdıb, lakin bu gün xəstəxanada deyil:

"Bu gün qızı Səbinənin cümə axşamıdır. Bu səbəbdən işdə deyil. Lakin artıq işinə qayıdıb, səhhəti normaldır. Sosial şəbəkədə onun haqda yayılan məlumat yanlışdır. O, 3 dəfə deyil, yalnız 1 dəfə insult keçirib”.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR