Sürücülərin nəzərinə - Bu yolda 60 manat cərimə oluna bilərsiz - VİDEO
Neftçilər prospektindən gələrək hökumət evinə çatmamış sola dönən avtomobillər üçün hərəkət istiqaməti dəyişib.
Sfera.az xəzər xəbər-ə istinadən xəbər verir ki, həmin istiqamətə dönmə qadağan edilib və əvəzində bu yoldan Azadlıq prospektindən gələn avtomobillər istifadə edərək Neftçilər prospektinə çıxacaqlar. Bu, Zərifə Əliyeva küçəsində hərəkət sıxlığının xeyli azalmasına kömək edəcək.
Asfalt örtüyündəki köhnə dönmə işarəsi də silinəcək. Sürücülər nişanla asfalt örtüyündəki işarə arasında tərəddüd etsə mütləq nişanın tələbinə üstünlük verməlidir.
Nişanlar yeni olduğuna görə yol polisi əməkdaşları köhnə qayda ilə hərəkət edənləri cərimələmir. Sadəcə saxlayıb onlara xəbərdarlıq edirlər. Ancaq sabahdan etibarən yeni yol nişanlarına əməl etməyənləri 3 bal və 60 manat cərimə cəzası gözləyir.