90 il əvvəl itmiş gəmi tapılıb - FOTO
Karib dənizində Sahil Mühafizə Xidməti naməlum gəmi aşkar edib. Bir qədər sonra mütəxəssislər müəyyən ediblər ki, paslanmış gəmi 1926-cı ildə itmiş Amerikaya məxsus “SS Cotopaxi” adlı ticarət gəmisidir. Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Kuba dövləti sözügedən gəmini hələ 1915-ci ilin may ayında öz ərazi sularında aşkar etsə də, gəmi heyəti ilə əlaqə saxlamaq mümkün olmamışdı. Gəmiyə göndərilən patrul xidməti isə onun heyətsiz olduğunu bildirmişdi. Gəminin göyərtisinə qalxan sərhədçilər ötən əsrin 20-ci illərində Clinchfield Navigation Company gəmi kompaniyasında xidmət etmiş kapitan Meyerin gündəliyini aşkar etmişdi. Göyərtəsində heç kəsin olmadığı gəminin içərisi sanki son onilliklər müddətində atılmış kimi görünürdü. 29 noyabr 1925-ci ildə Cənubi Karolinanın Çarlston limanından çıxan “SS Cotopaxi” gəmisi Havanaya daş-kömür aparırmış. Artıq dekabr ayının 1-də gəmi həyəcan siqnalı verib. Ətrafda olan gəmilərə gəminin gövdəsinin zədələndiyi və anbara su daxil olması barədə müraciət göndərilib. Sonradan əlaqə kəsilib. Bir aya yaxın “SS Cotopaxi” gəmisi axtarılsa da sonradan gəminin itməsihaqda elan verilib. O vaxtdan “SS Cotopaxi” gəmisinin adı Bermud üçbucağınin qurbanları siyahısında olub. Kuba Nazirlər Soveti Sədrinin müavini Abelardo Kolome bildirib ki, Kuba dövləti təhqiqat apararaq adıçıkilən gəmihaqda gizli qalmış sirrə aydınlıq gətirməyə çalışacaq. Yusif Məmmədli Sfera.az