16 yaşlı məktəbli niyə qətlə yetirilib?
Zaqatalada 16 yaşlı məktəblinin qətlə yetirilməsinin ilkin səbəbi məlum olub.
Milli.Az xəbər verir ki, APA-nın məlumatına görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətlə yetirilən məktəblinin Zaqatala şəhəri İmam Şamil küçəsində yaşayan, 1999-cu il təvəllüdlüİbrahim Ramin oğlu Əsədzadə olduğu məlum olub.
Aparılan araşdırma zamanı məlum olub ki, Əsədzadəni Zaqatala şəhər sakini, 2001-ci il təvəllüdlü Murad Möhsüm oğlu Məmmədov qətlə yetirib. 14 yaşlı Murad Məmmədov tutularaq istintaqa təhvil verilib.
Hadisənin baş vermə səbəbləri Zaqatala Rayon Prokurorluğu tərəfindən araşdırılır.
Zaqatala Rayon Prokurorluğundan Milli.Az-a isə bildiriblər ki, hadisə oktyabrın 14-də saat 21:00 radələrində baş verib.
İlkin istintaq zamanı məlum olub ki, Murad Məmmədov özündən 2 yaş böyük Ramin Əsədzadəyə şəxsi münasibətlər zəminində, daha doğrusu, aralarında baş verən mübahisədən sonra çoxsaylı bıçaq zərbələri endirib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam edir.
Sfera.az