Logo

Bakıda ana iki körpəsi ilə küçəyə atıldı

Bakıda ana iki körpəsi ilə küçəyə atıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda gənc ana 5 ildir ki, birgə yaşadığı, vətəndaş nikahında olduğu şəxs tərəfindən iki körpəsi ilə küçəyə atılıb.

"Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyindən Sfera.az-a bu haqda məlumat verilib.

Məlumata görə, Yeganə adlı qadın artıq bir müddətdir ki, sığınacaqdadır və iki körpəsi ilə birgə orada saxlanılır. 17 yaşında ailə həyatı quran qadının 6 aydan sonra həyat yoldaşı dünyasını dəyişib. Bundan bir müddət sonra isə o bir şəxslə yaşamağa başlayıb. Ailəsi də həmin şəxsi qəbul etdiyi üçün qadın rəsmi nikah olmadan yaşayıb. İkinci övladına hamilə olduqda isə birgə yaşadığı şəxs qadından və dünyaya gələcək körpədən imtina edib:

"Qadın isə ikinci körpəsini dünyaya gətirməyi qərara alır. Artıq dünyaya gəlmiş körpə 6 aylıqdır. Uşağın atası ona atalıq versə də, körpə ananın soyadını daşıyır. Ata isə artıq ailə həyatı qurub".

Sığınacaqdan verilən məlumata görə, qadının anası da illər öncə ikinci dəfə ailə həyatı qurub, qalmağa yeri olmadığı üçün qızından imtina edib. Hazırda gənc ana evsiz-eşiksizdir.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR