Jurnalist Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən döyüldüyünü iddia edir

13:52 / 10.04.2018
3042
Jurnalist Famil Fərhadoğlu peşə fəaliyyətini yerinə yetirərkən təzyiqə məruz qalıb: təhqir olunub, əmək alətləri sındırılıb.
Sfera.az xəbər verir ki, bu haqda jurnalistlərin Həmkarlar İttifaqının (JuHi) sədri Müşfiq Əlsəgərli məlumat verib.

O bildirib ki, jurnalist Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən təzyiqə məruz qalıb.
O bildirib ki, bir müddət öncə isə, Modern.az saytının əməkdaşı AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov tərəfindən təhqir edilmişdi: " "Akademik" təkcə Modern.az-ın əməkdaşını təhqir etməmişdi, həm də bütövlükdə Azərbaycan jurnalistlərinin ünvanına layiqsiz ifadələr işlətmişdi. Başqa bir məsələ də var. Bir jurnalist həmkarımızın işi məhkəmədədir. O, müdafiəsinə yardım göstərmək üçün bizə-Jurnalistlərin Həmkarlar İttifaqına (JuHİ) müraciət edib. Araşdırdıq, yardım etməyə çalışdıq.Proses yekunlaşmaq üzrədir, iddiaçı öz ərizəsini geri götürüb, barışıq da olub, amma "bəzi kənar məmurlar" əl çəkmirlər, jurnalistlə aralarında olan köhnə "hesabı çürütmək" üçün məhkəmə prosesinin yenidən aktivləşdirilməsində təkid edirlər. Jurnalistin adını ona görə çəkmirəm ki, həmkarımız məsələnin ictimailəşdirilməsini istəmir. Deyir ki, "ölkədə prezident seçkisi keçirilir, insanlar dövlətimizin sabitliyi, inkişafı naminə layiqli namizədin seçilməsi üzərində fokuslanıb. İstəmirəm kimlərsə mənim problemimdən istifadə edib, ölkədə azad sözə basqı olduğunu iddia etsin, aranı qarışdırsın". Məsələnin kökü də budur, "əziz məmurlar"! Azərbaycan jurnalistləri Dövlətimiz, Millətimiz, Gələcəyimiz adına çalışırılar. Lakin belə davam edərsə, cavab tədbirlərimiz çox sərt olacaq! Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) media ilə bağlı insidentlərin monitorinqini aparır. Hadisələr barədə təfsilatlı bilgilərimizin olması üçün, rastlaşdığınız məsələlərlə bağlı faktları təsnifatlaşdırıb, bizə göndərin”.
Nigar Məhərrəm
Sfera.az