Onlayn biznesinizi Unibankla böyüdün!
Unibankla partnyorluğun üstünlükləri:
-qısa vaxtda qoşulma (maksimum 3 iş günü);
-sərfəli əməliyyat xərcləri;
-ALBALI PLUS və CASHBACK bonus layihələrində iştirak;
-bankın digər layihələrində iştirak və biznesinizi genişləndirmək imkanı;
-əməliyyatlara onlayn rejimdə nəzarət;
- ödənişlərin ləğv edilməsinin mümkünlüyü;
- əməliyyatlar haqqında SMS və ya e-mail vasitəsi ilə bildirişlərin göndərilməsi;
-pulsuz internet-bankinq;
-24 saat texniki dəstək xidməti.
Unibank bazarda elektron ticarət xidməti göstərən lider banklar siyahısındadır. Mərkəzi Bankın təşəbbüsü və Azərbaycan Banklar Assosiasiyasının təşkilatı dəstəyi ilə keçirilən müsabiqənin nəticələrinə əsasən, Unibank 2017-ci ilin göstəriciləri üzrə "Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə 1-ci, "Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə isə 2-ci yerin qalibi olub. Bank elektron ticarət partnyorlarının sayına görə də üstün yerlərdədir. Unibankın tərəfdaşları sırasında bu gün 200-dən artıq internet ticarətçisi var. İstənilən MasterCard və Visa kartlarına sahib olanlar, çox rahat və təhlükəsiz şəkildə həmin dükanlardan alış-veriş edirlər.
Onlayn biznesinizi böyütmək üçün Unibankın təklif etdiyi sərfəli şərtlərdən faydalanmağa tələsin!
Daha ətraflı məlumat üçün [email protected] e-mail ünvanına yaza, Unibank filiallarına müraciət edə və ya 117 çağrı mərkəzinə zəng edə bilərsiniz.
Unibank- hər kəsin bankı!






