Nəsimi Paşayev “Sahil” metrostansiyası BARƏDƏ: "Mümkünsüzdür..."
Kateqoriya məlum deyil
Ötən ilin avqust ayından bir illik təmirə bağlandığı açıqlanan metronun "Sahil” stansiyasının nə zaman yenidən sərnişinlərin istifadəsinə verilməsi məsələsi hər kəsi maraqlandırır.
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətuat xidmətinin rəhbəri Nəsimi Paşayev Sfera.az-a açıqlamasında bu haqda danışaraq bildirib ki, hələlik, konkret tarix açıqlamaq mümkünsüzdür:
"Ötən il metrostansiyanın iyulun 1-də açılacağı deyilmişdi. Hələlik, gözləyirik. "Sahil” stansiyasının hansı tarixdə dəqiqliklə açılacağı bəlli deyil”.
Nigar Məhərrəm
Sfera.az






