Milli Məclisin “Nissanı” satılır – 4.2 minə
Kateqoriya məlum deyil
Nazirlər Kabineti hərraca 28 minlik avtomobillər çıxarıb.
Sfera.az bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsi 8 may tarixində Nazirlər Kabineti və Milli Məclisin satmaq istədiyi avtomobillərlə bağlı auksion təşkil edəcək.
NK hərraca özəlləşdirmə üçün iki BMV-730 markalı avtomobil təqdim edib. 2006-cı ilin avtomobillərinin ilkin start qiyməti 28.000 və 24.500 manatdır.
Milli Məclisin auksionda satmaq istədiyi "Nissan Maksima” markalı avtomobili isə cəmi 4.230 manatdır.(Axar.az)






