Logo

Neft bahalaşa bilər

Neft bahalaşa bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çox güman ki, OPEK-in digər istehsalçılarla danışıqları müsbət nəticə

verəcək və neftin bir barelinin qiyməti 50-60 dollara qalxacaq. Sfera.az

bildirir ki, bunu Trend-ə Ukrayna Milli Elmlər Akademiyasının Dünya

İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Mərkəzinin energetika

proqramları üzrə direktoru Valentin Zemlyanski deyib.

Onun sözlərinə görə, OPEK ilə digər neft istehsalçıları arasında qarşıdakı

görüşdə böyük ehtimalla söhbət bazarda pay üzrə razılığa gəlməkdən

gedəcək: "İstehsalın azaldılması bu və ya digər ölkənin bazar payına təsir

etməməlidir. Ehtimallar bir qədər xəyalidir, lakin belə gizli razılaşmaların

neftin qiymətinin sabitləşməsinə səbəb olacağı tamamilə mümkündür.

Bununla belə, qiymət trendində dəyişikliyi ilin ikinci yarısından tez gözləməyə dəyməz".

Ekspert bildirib ki, neftin qiymətinin artması, şübhəsiz, ixracatçı ölkələrin

valyutalarının möhkəmlənməsinə təsir edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR