Logo

Bakının iki rayonunda yol hərəkəti məhdudlaşdırılır - DİQQƏT

Bakının iki rayonunda yol hərəkəti məhdudlaşdırılır - DİQQƏT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Aparılan təmir işləri ilə əlaqədar bu gecə iki ərazidə hərəkətin məhdudlaşdırılması nəzərdə tutulub.

Avtomobil Yolları Dövlət Agentliyindən Sfera.az-a verilən xəbərə görə, məhdudlaşdırma qısa müddətlik Nərimanov rayonu, Təbriz küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində, həmçinin Qaradağ rayonu Lökbatan-Qobu avtomobil yolunun Lökbatan qəsəbəsi istiqamətindən tətbiq ediləcək.

Agentlik sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR