"Həyat yoldaşımın zina etməsindən şübhələnirəm"
Cəmiyyət
15:43 / 15.10.2015
1498
Həyat yoldaşımın zina etməsindən şübhələnirəm. O, heç vaxt dəstəmaz və qüsul almır. Əgər zina edirsə, onun gəzdiyi yer, əl vurduğu şeylər murdar olurmu?
Sfera.az islam.az-a istinadən bildirir ki, zina haram əməllərdəndir, haram yolla boynuna qüsl düşən şəxsin təri isə nəcis deyil. Lakin buna baxmayaraq, alimlərin bəzilərinin nəzərinə görə, haram yolla cünub olan şəxsin təri əgər kiminsə bədəninə və ya namaz qıldığı paltara dəysə, həmin paltar və bədənlə namaz qılmamalıdır, təmizlənməlidir (paltarın və bədənin tər dəyən hissəsi yuyulmalıdır). Əgər onun zina etməsinə yəqininiz yoxdursa, onda onun təri pakdır. Yalnız kafirin bədəninin hər yeri, hətta tükü, dırnağı və təri nəcisdir.