Logo

Sürücülük vəsiqələri dəyişir - YENİLİK

Sürücülük vəsiqələri dəyişir - YENİLİK
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"AvtoStop” verilişinin aparıcısı Tural sosial şəbəkədə Azərbaycanda verilən sürücülük vəsiqəsinin xarici ölkələrdə etibarlı olmaması barədə status yazıb.

Sfera.az xəbər verir ki, onun statusu sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Statusdan bir neçə saat sonra isə, Bakı Dövlət Yol Polisinin rəsmisi "AvtoStop” verilişinə məsələ ilə bağlı rəsmi açıqlama verib.

Bildirilib ki, Vyana konvensiyasının 41-ci maddəsi və 6 saylı əlavəsində olan uyğunsuzluqdan xəbərdardılar:

"BDYPİ-i icraedci orqan olduğundan bu barədə qanunverici orqan olan Milli Məclisə bununla bağlı müraciət edilib. Yaxın günlərdə qanuna dəyişiklik  Milli Məclisin gündəliyinə daxil ediləcək  və bu məsələ öz həllini tapacaqdır. Sürücülərin əlavə narahatlıq keçirməyinə heç bir əsas yoxdur. Tezliklə yeni nümunəli sürücülük vəsiqəsinin təsdiqləndikdən sonra müddəti çatmış sürücülük vəsiqələri dəyişdiriləcəkdir".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR