Logo

Bakı metrosunda daha bir YENİLİK - Qatarda telefonu "zaryadka"ya qoymaq olacaq

Bakı metrosunda daha bir YENİLİK - Qatarda telefonu "zaryadka"ya qoymaq olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünəndən etibarən "Bakı Metropoliteni” QSC ilə "Metrovaqonmaş”la imzalanmış müqavilə çərçivəsində Bakıya yeni qatarlardan biri gətirilib.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Apa-ya verdiyi xəbərə görə, artıq qatar depodadır.

"Hal-hazırda Rusiyadan gələn mütəxəssislər yerli mütəxəssislərlə birgə qatarın hazır vəziyyətə gətirilməsi üçün çalışırlar. Müəyyən sazlanma işləri aparılmalı, bəzi avadanlıqlar quraşdırılmalıdır, daha sonra sınaq olunacaq və hazır olduqdan sonra xəttə buraxılacaq. Digər ikinci qatar bu il mayın sonuna qədər gətiriləcək”, - deyə N. Paşayev vurğulayıb.

Qurum sözçüsü onu da əlavə edib ki, yeni gətirilən qatarlar daha müasir tiplidir. "Bu qatarlar 2015-ci ildə gətirilən qatarlardan daha komfortludur. Hər vaqonda 16 ədəd USB port var. Telefon, planşet kimi avadanlıqları enerji ilə doldurmaq mümkün olacaq”.

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə "81-765/766" modelində 5 vaqondan ibarət iki metro qatarının gətirilməsi ilə bağlı müqavilə imzalayıb. Vaqonların istismar müddəti 31 ildir.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR