Logo

Xoşqədəmin gizlətdiyi xəbərdən Doğuş ağızdolusu danışdı

Xoşqədəmin gizlətdiyi xəbərdən Doğuş ağızdolusu danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tanınmış teleaparıcı uşaqlarını Türkiyədə dünyaya gətirəcək

Bir müddətdir ekranlardan uzaq düşən türkiyəli müğənni Doğuş Türkiyə mətbuatına

verdiyi müsahibələrindən birində ailəsi il bağlı maraqlı məqamları açıqlayıb.

 
Müsahibəsində ata olmaq sevincini xüsusi ifadə edən Doğuş həyat yoldaşı Xoşqədəm

Baxşəliyeva ilə birgə əkiz övlad gözlədiklərini açıqlayıb: "Əkiz oğlanlarımız olacaq.

41 yaşındayam və ata olacağımı eşidəndə ayaqlarım yerdən kəsildi sanki.  Gözlərimdən

sevinc göz yaşları fışqırdı. Keçmişdə də münasibətlərim olub, ancaq Rəbbim bu evlilikdə

övlad nəsib etdi".

 
Doğuş xanımı, azərbaycanlı aparıcı X.Baxışəliyevanın işi ilə bağlı Azərbaycanda, özünün

isə çox  vaxt Türkiyədə olmasının onlara çətinlik  yaratdığını dilə gətirib: "Buna görə həyat

yoldaşımın Türkiyədə iş qurmasını istəyirəm. Uşaqlarım da Türkiyədə doğulmalıdırlar".

 
Özünü "vətən aşiqi" adlandıran türkiyəli ifaçı buna görə uşaqlarının məhz Türkiyədə, 

doğma vətənində doğulmasını istədiyini açıqlayıb: "Xanımım uşaqların ABŞ-da

doğulmasını istəyir, amma mən də deyirəm ki, mən millətçiyəm və uşaqlarım

Türkiyədə doğulacaqlar".

 
Ata olacaq ifaçı hətta gələcəkdə təşkil edəcəyi konsertlərdən birində əkizləri ilə 

birgə səhnəyə çıxmaq niyyətində olduğunu da dilə gətirib: "Hər ikisini də çiynimə alıb,

səhnədə mahnı ifa edəcəyəm".

Lent.Az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR