Bu nazirlik Hökumət Evindən çıxarılır
Kateqoriya məlum deyil
Azərbaycanın Energetika Nazirliyi Hökumət Evindən çıxır.
Sfera.az "Report"a istinadən xəbər verir ki, dünəndən nazirliyin apararı yeni ünvana köçürülməsinə başlanılıb.
Bundan sonra qurum Heydər Əliyev prospekti, 152 ünvanında (Çinar Plaza) yerləşəcək. İş mərkəzinin 12, 14 və 16-cı mərtəbələri Energetika Nazirliyinə ayrılıb. Nazirliklə yanaşı onun tabeliyində olan qurumların da bura köçürüldüyü bildirilir.
Energetika Nazirliyinin Hökumət Evindəki köhnə ünvanının isə İqtisadiyyat Nazirliyinin balansına veriləcəyi gözlənilir.






