Logo

Moskvadan Lənkərana birbaşa aviareys açılır

Moskvadan Lənkərana birbaşa aviareys açılır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İyunun 8-dən etibarən "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reysləri açılacaq.

AZAL-dan Sfera.az-a verilən məlumata görə, reyslər "Airbus A320” təyyarələri ilə hər həftə cümə günləri yerinə yetiriləcək.

"Vnukovo” Beynəlxalq Aeroportundan (VKO) uçuş yerli vaxtla saat 10:00-da, Lənkəran Beynəlxalq Aeroportuna eniş yerli vaxtla saat 14:10-da baş tutacaq. Lənkərandan uçuş  yerli vaxtla saat 15:40-da, Moskvaya eniş yerli vaxtla saat 17:50-də olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR