İş axtaranlar, DİQQƏT!: Həftədə 5 günlük işə 2200 manat maaş verilir
Bakıda fəaliyyət göstərən şirkətlərdən biri proqramçı-mühəndis vakansiyası elan edib.
Sfera.az xəbər verir ki, iş barədə məlumatda deyilir:
— Verilən texniki tapşırığa uyğun C# və ASP.Net proqramlaşdırma dillərində, Oracle və MSSQL Server verilənlər bazasında işləyən proqram təminatlarının işlənib hazırlanması
— Yeni proqram təminatı hazırlanması
— Mövcud proqram təminatlarına texniki dəstək göstərilməsi
— Mövcud proqram təminatlarının inkişaf etdirilməsi
— Proqram təminatlarının test edilməsi
— Yeni hesabatların yazılması
— AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
— İş vaxtı: həftənin 5 günü (09:00-dan 18:00-dək), istirahət günləri: şənbə, bazar
Namizədə tələblər:
— C#, ASP.NET-də iş təcrübəsi
— HTML, CSS və javascript bilmək
— SQL dilini bilmək, Oracle və MSSQL Server ilə işləyə bilmək
— Web Servis və web servis client yaza bilmək
— Analitik düşünmə qabiliyyəti
— İdeyanı strukturlaşdırılmış qaydada təqdimetmə bacarığı
— Obyektyönlü proqramlaşdırmanın prinsipləri haqqında biliklərə malik olmaq
— İngilis dilini texniki mətnləri qavraya biləcək səviyyədə bilmək
— Proqramlaşdırma və verilənlər bazası üzrə sertifikatların olması arzuolunandır
— Mühasibatlıq sahəsində iş təcrübəsinin olması arzuolunandır
Şəhər — Bakı
Yaş — 30 — 40 yaş
Təhsil — Ali
İş təcrübəsi — 3 ildən 5 ilə qədər
Telefon — (012) 594-12-32






