Logo

"Qaz xətti" QALMAQALI: İşə nazirliklər qarışdı

"Qaz xətti" QALMAQALI: İşə nazirliklər qarışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məmmədov İlqar İslam oğlu "Azad İstehlakçılar Birliyi”nə "Dan Ulduzu” MTK-dan şikayət edib.

"Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov Sfera.az-a açıqlamasında bu haqda danışaraq yaranan problemlə əlaqədar artıq bir neçə nazirliyə müraciət etdiyini də söyləyib:

Şikayətçi 2007-ci ildə Yeni Yasamal massivi 11 E, Dadaş Bünyadzadə ünvanında mənzil alıb. Nağd pulla "Dan Ulduzu” MTK tərəfindən inşa edilən binadan təmirsiz mənzil alıb. Bunun üçün 49 min 500 ABŞ dolları ödəyib. Şəxsə üzərində VÖEN olmayan saxta maliyyə sənədi verilib. İmkanı olmadığı üçün yaxın günlərədək mənzili təmir edə bilməyib. Şikayətçi bildirib ki, mənzili alan vaxt ora qaz xətti çəkilməmişdi. Ötən 3-4 il ərzində binaya qaz xətti çəkilib. Bakıda olmadığı üçün mənzilə qaz xətti çəkilməyib. Bütün gücünü toplayıb mənzili təmir edərək burada yaşamaq istəyib. Mənzilə qazın çəkilməsi üçün "Azəriqaz” İstehsalat Birliyinin layihə şöbəsinə müraciət edilib. Oradan da bildiriblər ki, mənzilə sayğac qoymaq üçün MTK-dan razılıq alınmayıb. MTK tərəfindən razılıq verilmədiyi üçün problem həll olunmayıb. Səbəbi də 2007-ci ildə qalıq qalan 3 min 500 kommunal xərcin ödənilməməsidir. Bu səbəbdən qaz sayğacı qoymaqdan imtina edilib”.

Eyyub Hüseynov bildirib ki, MTK da qaz xəttinin çəkilməsində maraqlı olmalıdır:

"Şikayətçi deyir ki, bu günədək həmin mənzildə yaşamayıb, heç bir kommunal xidmətdən istifadə etməyib. MTK-dan ona bildirilib ki, onlar heç kəsin mənzilinə qarovulçu deyil. Şikayətçinin əsas istəyi mənzilinin təmmənnasız olaraq qaz sayğacı ilə təmin olunmasıdır”.

E.Hüseynov bu işlə əlaqədar olaraq İqtisadiyyat Nazirliyi və Vergilər Nazirliyinə müraciət edib:

"Prokrorluğa müraciət etmişik ki, dollarla pul ödənişi, vətəndaşa saxta maliyyə sənədinin verilməsi ilə bağlı məsələlərə aydınlıq gətirilsin”.

Məsələylə bağlı olaraq "Dan Ulduzu” MTK-dan da münasibət öyrəndik:

"Heç kimin kiminsə ata-babasına borcu yoxdur. Sayğaclar ödənişlidir. Sakin kommunal ödənişini eləsin öz hesabına qaz xətti çəkdirsin. 2012-ci ildə binada şaxtada yanğın olanda hər evə görə pul yığıb işıq çəkmişik, lakin həmin şəxs bir dəfə də olsa, gəlib təşəkkürünü bildirməyib”.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR