Logo

Yol polisi sürücülərə necə tələ qurur? - 40 manat cərimə

Yol polisi sürücülərə necə tələ qurur? - 40 manat cərimə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı-Ələt yolunda qurulan yol nişanları sürücülərlə yanaşı yol hərəkəti üzrə ekspertləri də çaş-baş salıb.

Sfera.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, belə nişanlardan biri sürətli yolun ən sol zolağında avtobus dayanacağı olduğunu bildirir, digəri isə cənub istiqamətindən şəhərə girən bütün avtomobilləri sağa, rayon avtomobilləri üçün yaradılan duracağa dönməyə məcbur edir.

Sürətli yolun ən sol zolağına sarı xətt çəkilib və yola avtobus dayancağı nişanı qoyulub.

Ancaq avtobusun dayanması üçün yer yoxdur. Görüntülər Bak- Ələt yolunun 14-cü kilometriliyindəndir.

Üstəlik burada avtobuslar üçün ayrılan və “bus” yazılan zolaqların salınmasında da səhvlik olub.

Hətda bu nişanın tələbinin pozulmasına görə yol polisi tərəfidən sürücülərə 40 manatlıq cərimədə tətbiq edilə bilər.

Dövlət Siqnal İdarəsindən bildirilib ki, ərazidə əvvəllər dayanacağın olması nəzərdə tutulub.

Həmin işarə də ona görə qoyulub. Ancaq dayanacaq quraşdırılmadığından nişan ərazidən götürüləcək.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR