Logo

Aprel şəhidi Fəxrəddin Qurbanlının atasının SON ARZUSU

Aprel şəhidi Fəxrəddin Qurbanlının atasının SON ARZUSU
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Azərbaycan tarixinə şanlı hərflərlə yazılan Aprel hadisələrindən iki il ötür. Azərbaycan torpaqlarının geri qaytarılması uğrunda canından keçən şəhidlərdən biri də Fəxrəddin Qurbanlıdır.

22 yaşında şəhidlik zirvəsinə ucalan Fəxrrədin Qurbanlının atası Seyfəddin Qurbanlı bu günü göz yaşları içində qeyd edir. Əlbəttə, bu sevinc, qələbə göz yaşlarıdır. Oğlunun şəhidlik zirvəsinə ucalması, vətən uğrunda mübarizə aparması bir atanı sevindirməyə bilməz.

Seyfəddin Qurbanlı Sfera.az-ın əməkdaşına şəhid oğlumuzun xatirələrindən danışıb:

"Artıq iki il ötür. Şəhid oğullarımız öz qanları ilə bu tarixi Azərbaycan səhifələrinə yazdılar. Onlar qanları bahasına torpaqları geri aldılar. Oğlum ali təhsilli olub, universiteti fərqlənmə diplomu ilə bitirib. Təhsil aldığı universitet tarixində ən yüksək təqaüd alan tələbə idi. Artıq təhsil aldığı Azərbaycan Universitetində ən yüksək balla ali məktəbə daxil olanlara onun adı ilə təqaüd ayrılıb. Universitet tərəfindən onun adına mükafat da ayrılıb. Onun xatirələrindən danışmaq mənim üçün çox ağırdır. O çox həssas idi. Hərbi xidmətdən qayıtdıqdan sonra o magistiraturaya hazırlaşacaqdı. Deyirdi ki, əsas həbi xidmətdir, gedib vətənə borcumu qaytarım sonra təhsilimi davam etdirəcəyəm. Qarabağ deyəndə o Zəngəzuru yaddan çıxartmazdı. Deyirdi ki, bu torpaqları biz almalıyıq, qısa müddətdə buna nail olmalıyıq. Deyirdi ki, bu işi gələcəyə saxlamaq olmaz. Son sözlərindən biri bu idi ki, gedib də gəlməmək, gəlib də görməmək var.  Beləcə sevdiyi torpaqlar istiqamətinə, doğma Qarabağa yollandı. O heç Qarabağı görməsə də, oranı çox sevirdi”.

Atası deyir ki, oğlunun ən böyük arzusu elə torpaqlarımız uğrunda mübarizə apararaq onları geri qaytarmaq olub. Atası sonuncu dəfə oğlu ilə aprelin 1-də danışıb:

"Aprelin 1-də zəng etmişdi, deyirdi ki, hər şey yaxşıdır, qaydasındadır. Ən çox anasından narahat idi. Deyirdi ki,tələsirəm, növbəyə gedəcəyəm. Yanvarda da məzuniyyətə gələndə anasına görə müharibə vəziyyəti ilə bağlı heç bir şey hiss elətdirmədi".

Ermənilər tərəfindən başından güllə alan Fəxrəddinin cəsədi ayın 8-də ailəsinə təhvil verilib:

"Seysvan ərazisini oğlumun olduğu dəstə alıb. Meyitlər orda qalmışdı. Ayın 8-i Qırmızı Xaç komitəsinin meyitləri dəyişməsi ilə oğlumun cəsədini almışam. Ali Baş Komandanın əmri ilə  oğlum şəhid olduqdan sonra fərqlənmə medalı ilə təltif olunub”.

Atanın əsas arzusu digər Aprel şəhidləri ilə yanaşı oğlunun da adının əbədiləşdirilməsidir:

"Əsas arzumuz budur, oğlumun adı əbədi yaşasın”.

Evin tək oğlu olan Fəxrrədin 179 saylı orta məktəbi bitirib ,2015-ci ildə isə daxil olduğu Azərbaycan Universitetini qırmızı diplomla bitirib. Qeyd edək şəhidin məzarı hazırda Şuşa qəbirstanlığındadır.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR