Logo

"Park Bulvar"da Rəsul Çunayevə qarşı hörmətsizlik: “Terrorçu kimi ...”

"Park Bulvar"da Rəsul Çunayevə qarşı hörmətsizlik: “Terrorçu kimi...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu, olimpiya mükafatçısı Rəsul Çunayevə qarşı "Park Bulvar”dakı "ParkCinema”da hörmətsizlik edilib.

Sfera.az Unikal.org-dan aldığı xəbərinə görə, bu barədə idmançının özü sosial şəbəkədə məlumat verib. O bildirib ki, bir də ora gəlməyəcək:

"Qələbədən sonra bu gün çox böyük həvəslə vətənə döndüm. Ailəmlə birgə Park Bulvarda Filmz izləməyi düşündüm, online bilet aldım və Park Cinemaya gəldik. Ailəmi film zalına yolladım. Yekunda onlar film izləyirlər, mən isə filmin bitməsini gözləyirəm, ailəmi götürüb gedim. Çünki bir daha "Park Bulvar Cinema”ya gəlməyi düşünmürəm. "Park Bulvar Cinema”nın personalı "sağ olsun” mənim əhvalımı yüksək səviyyədə korladı. Həmdə çox hörmətsiz davrandılar. Özümü terrorçu kimi hiss etdirdilər. "Park Bulvar Cinema”ya "minnətdaram”. Bir azda davranış qaydalarını öyrənsələr daha da şad olaram”.

"Park Bulvar"da Rəsul Çunayevə qarşı hörmətsizlik: “Terrorçu kimi...”

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR